Əsli pak olandan zərər gəlməz.

Lit. Don’t wait bad from a noble man. От благородного не жди лихости.
Əsli olan dırnağından bildirər.
əslində
OBASTAN VİKİ
Pak
Mənəvi zərər
Mənəvi zərər — iqtisadiyyat elmində şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növü. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Yan zərər
Yan zərər, əlavə zərər, təsadüfi zərər və ya digər zərər – hər hansısa bir fəaliyyətin nəticəsində və ya təsadüfi nəticəsi olaraq hər hansısa ölüm, xəsarət və ya digər zərərlərə verilən addır. Əvvəlcə hərbi əməliyyatlar baxımından istifadə edilmiş, hal-hazırda isə qeyri-hərbi kontekstlərdə də istifadə olunur. 1970-ci illərdə dəqiqliklə idarə olunan sursatların inkişafından bəri, hərbi qüvvələr müntəzəm olaraq yan zərərləri minimuma endirmək üçün böyük səylər göstərdiklərini iddia edirlər. “Yan zərər” termininin istifadəsini tənqid edənlər bunun müharibə zamanı öldürülən və ya yaralanan əsgərlərdən əlavə olan qeyri-hərbi itkilərin qarşısının alına bilinməməsinə görə istifadə olunan evfemizm kimi görürlər.
Əsli Aybars
Əsli Aybars (türk. Aslı Aybars) — Türkiyə teatr və kino aktrisası. 25 may 1972-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 1990 - 1994 cü illər arasında Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir.
Əsli Həsənova
Əsli Bala qızı Həsənova (1905, Yelizavetpol – bilinmir) — Sosialist Əməyi Qəhrəmanı (1949). Əsli Bala qızı Həsənova 1905-ci ildə Gəncə şəhərində anadan olub. 1936–1970-ci illərdə Gəncədəki Nizami adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1970-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçi idi.
Əsli Nəmutlu
Əsli Nəmutlu (24 mart 1994, İstanbul – 12 yanvar 2012, Türkiyə) — Türk milli xizəkçi. Saint Cozef Fransız Liseyində oxuyan Əsli, xizək etməyə daha 3 yaşında başladı və 2004-cü ildə Alov xizək dəstəsinə girərək ilk yarış təcrübəsini burada yaşadı. 2005-ci ildə Uludağda edilən yarışlarda kiçiklər kateqoriyasında üçüncü olduqdan bir il sonra, yenə Uludağda təşkil edilən yarışlarda slalomda 6-cılıq, böyük slalomda isə 4-cü lük əldə etdi. Eyni il Palandökendə edilən bu yarışların davam ayağında isə Türkiyə birinciliyini qazandı. Bu dərəcələriylə Türkiyə Milli Xizək Komandasına girən, eyni zamanda Alp İntizamı Milli Komandası oyunçusu Əsli Nəmutlu, Türkiyə Gənclər Xizək Çempionatına hazırlandığı Ərzurum Evli Xizək Mərkəzində məşq əsnasında düşərək boyunun qırılması nəticəsi 18 yaşında həyatını itirdi. Cənazəsi xüsusi təyyarələ İstanbula gətirilərək Qaracaəhməd Qəbiristanlığında torpağa verildi.
Əsli dəlillər
Üsuli-Fiqh və ya Əsli dəlillər (Ərəbcə: أصول الفقه Üsul ül-Fiqh), bir İslam hüququ yəni fiqh termini. Əsli dəlillər termini və içində saxladığı alt başlıqlar, Şər'i dəlillərin bir qismini əhatə edir. Şər'i dəlillərin digər qismi isə fər'i dəlillərdir. Əsli dəlillər dörd yerə ayrılır, bunlar: Kitab (Quran) Sünnə İcma Qiyas (Şiələrdə Ağıl) Bu dörd əsli dəlildən, ilk ikisi yəni Qur'an və Sünnət, vəhy dayanan yəni İslam dinindəki naslara dayanan dəlillərkən digər ikisi yəni icma və qiyas isə vəhy təməlli olmayıb ağli olmaqla bərabər İslami naslar ilə ilişkilidir. Kitab Allah-Təalanın Elçisi Məhəmmədə ərəbcə endirdiyi, müshəflərdə yazılaraq bizə qədər təvatür yolu ilə çatmış, Fatihə surəsi ilə başlayıb Nəs surəsi ilə qurtaran Qurani-Kərimdir. Üstün tutulan rəyə əsasən “qa-ra-ə” feilindən məsdərdir və kök mənası oxumaq, toplamaq və bir araya gətirməkdir. Quran yalnız bir etiqad, ibadət və əxlaqi kitab deyil, həm etiqad və ibadət, həm də insanlararası sosial-iqtisadi məsələləri ümumi prinsiplərlə tənzimləyən bir kitabdır. Ayələrdə belə buyurulur: “…Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[1] “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).”[2] Qurani-Kərim Məhəmmədə (s.ə.s) ilk dəfə 610-cu ildə təfəkkür və ibadət üçün getdiyi Hira mağarasında, Ramazan ayının qədr gecəsində nazil olmağa başlamış, Cəbrayıl (ə.s) vasitəsilə 22 il 2 ay 22 gündə tamamlanmışdır. İlk nazil olan ayələr bunlardır: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
Əsli ədəd
Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə bölünən) olan natural ədəddir. Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. 2 yeganə cüt ədəddir ki, sadə ədəddir.
Əziz Əsli
Əziz Əsli (d. 9.4.1938, Təbriz, İran) — keçmiş İranlı futbolçu. Dərayi və Persepolis klublarında oynayıb. Eləcə də İranın yığma komandasında çıxış edib.
Sən gəlməz oldun
“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə). Mahnı 1973-cü ildə Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub. Sevda xanımın uşağı olandan sonra özü xərçəng xəstəliyinə düçar olur və o, uşağı bir yaşa dolmamış vəfat edir. Bu hadisə Ələkbər Tağıyevə çox təsir edir. Nəticədə o bu mahnını Sevda xanıma ithaf etmiş olur.
Eduard Pak
Eduard Pak — Şimali Koreya əsilli özbək-qazax dram artisti və kino aktyoru. 1986-cı ildən teatrda fəaliyyət göstərir. == Həyatı == Eduard Pak 22 dekabr 1962-ci ildə Özbəkistan SSRdə, Daşkənd vilayətinin Çinaz rayonunda doğulmuşdur. Almatı dövlət teatr incəsənəti institutunu "teatr və kino aktyoru" ixtisası üzrə bitirmişdir. 1992-ci ildə Seul Dövlət Milli Teatrında təcrübə keçmişdir. 2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin fəxri fərmanı, 2008-ci ildə isə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin "Mədəniyyət xadimi" fəxri nişanı ilə təltif edilmişdir.
Pak Cimin
Park Jimin (kor. 박지민; 13 oktyabr 1995, Busan) — səhnə adı ilə Jimin Cənubi Koreyalı müğənni, söz yazarı və rəqqasdır. 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "BTS"-in ana rəqqası və vokalistidir. Çimin BTS ilə birlikdə üç solo mahnı buraxdı: 2016-cı ildə "Lie", 2017-ci ildə "Serendipity" və 2020-ci ildə "Filter" Cənubi Koreyanın Gaon Rəqəmsal cədvəlində yer alıb. 2018-ci ildə o, ilk müstəqil mahnısını, həm yazıb, həm də bəstələdiyi "Promise" adlı rəqəmsal trekini buraxdı. O, 2022 TvN dramı "Our Blues" üçün saundtrekdə göründü və Ha Sun-vun ilə duet olan "With You" mahnısını oxudu. Çimin 13 oktyabr 1995-ci ildə Busan, Cənubi Koreya-da anadan olmuşdur. Uşaq ikən Busanın Hodong İbtidai məktəbində və Yonsan Orta məktəbində oxuyurdu. Ortaməktəb illərində Just Dance Akademiyasına qatılıb "Popping və locking" (rəqs növü) öyrənib. Stajyer olmamışdan əvvəl, Busan Lisey İncəsənət Məktəbində çağdaş rəqsi üzrə dərs aldı.
Pak Hyungsik
Park Hyung-sik (kor. 박형식; 16 noyabr 1991) — Cənubi Koreyalı müğənni, aktyor və rəqqas. Cənubi Koreyanın ZE: A oğlan qrupunun və alt qrupu ZE: A Five-ın üzvü olmuşdur. Bir aktyor olaraq,"The Heirs (2013)", "High Society (2015)", "Hwarang: The Poet Warrior Youth (2016)", "Strong Girl Bong-soon (2017)", və "Suits (2018)" rolları ilə tanınır. Drama seriallarında, eyni zamanda filmlərdə və musiqi teatrınlarında baş rollarda oynayır. Pak Cənubi Koreya-nın Gyeonggi əyalətinin Yongin şəhərində anadan olub.Anası və nənəsi Buddist olduqları üçün bir Buddist rahib ona Hyung-sik (형식, 炯 植) adını verdi. Pak məcburi hərbi xidmətinə 10 iyun 2019-cu il tarixində başladı. İlk hərbi hazırlığına başlamaq üçün Cənubi Çunqçonq əyaləti (Chungcheong)-ndəki Nonsan Ordusu İşəgötürmə Tədris Mərkəzinə daxil oldu və qalan hərbi vəzifələrini fəal bir hərbi qulluqçu kimi Paytaxt Müdafiə Komandanlığının hərbi polis şöbəsində başa vurdu. Pak, əvvəllər Real Man estrada şousu üçün məşq edərkən atıcılıq bacarıqlarına görə müsbət rəy aldıqdan sonra Paytaxt Müdafiə Komandanlığına qoşulmaq üçün ilham aldığını açıqlamışdı. Aktyor, bacarıqlarını yaxşı bir şəkildə istifadə etmək istədiyini, buna görə bölməyə qoşulmaq və ölkəsinə xidmət etməkdən məmnun olduğunu söylədi.
Pak Roze
Roseanne Park (ing. Roseanne Park;11 fevral 1997, Oklend), Park Chaeyoung (kor. 박채영) və ya daha çox tanınan səhnə adı ilə Rose (kor. 로제) Yeni Zelandiyada doğulmuş müğənni və model. YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı "Blackpink" qız qrupunun əsas vokal və lider rəqqasəsidir. Roseanne Park 11 Fevral 1997-ci ildə Yeni Zelandiyanın Aukland şəhərində anadan olmuşdur. Valideynləri Koreyalı olan müğənninin özündən yaşca böyük bir bacısı var (Park Alisa). Rose 7 yaşı olanda ailəsi ilə Avstraliyanın Melburn şəhərinə köçdü. Rose əvvəlcə 2009-cu ildə Kev East İbtidai məktəbində oxudu, orta təhsili üçün Melburndakı Canterbury Qızlar Orta Kollecində oxudu.Uşaqlıqdan mahnı oxumağa başladı və gitara və fortepiano çalmağı öyrəndi və kilsə xorlarında çıxış etdi. 15 yaşında ikən, atasının tövsiyəsi ilə 2012-ci ildə Avstraliyada Sidney şəhərində keçirilən YG-nin seçmə mərhələsində iştirak etdi.
Pak Seojoon
Park Seo-joon (doğum adı: Park Yong-kyu; 16 dekabr 1988, Seul) — Cənubi Koreyalı aktyor və model. Daha çox "She Was Pretty (2015)", "Fight for My Way (2017)" ," What's Wrong with Secretary Kim" (2018) və " Itaewon Class (2020)" seriallarından; eyni zamanda "Chronicles of Evil (2015)", "Midnight Runners (2017)", "The Divine Fury (2019)" filmlərindən tanınır. Socun Seulda anadan olub. Məcburi hərbi xidmətə 2008-ci ildə 19 yaşında başladı və 2010-cu ildə tərxis olundu. Pak 2011-ci ildə Bang Yonqkuk-un "I Remember" singlinin klipində rol alaraq debut etdi. Ardınca "Dream High 2 (2012)", "Pots of Gold (2013)", "One Warm Word (2013)" və "A Witch's Love (2014)" televiziya dramlarında rol aldı. 2013-cü ilin oktyabrından 2015-ci ilin aprelinədək Music Bank-ın aparıcısı olub. Çıxış rolları 2015-ci ildə "Kill Me, Heal Me" və "She Wet Pretty" dramlarıyla gəldi. Elə həmin il Pak, "The Chronicles of Evil" triller filmində rol aldı. 2016-cı ildə Pak Qo Ara və Pak Hyon Şik-in ilə birlikdə Hwarang: The Poet Warrior Youth adlı gənclik tarixi dramında rol aldı.
Pak Sinhye
Pak Shin Hye (18 fevral 1990, Kvanju) — Cənubi Koreya'lı müğənni, model və aktrisa. Ən çox You're Beautiful (2009), Heartstrings (2011), Flower Boys Next Door (2013), The Heirs (2013), Pinocchio (2014) seriallarından tanınır. Park Shin Hye Gwangju doğumludur amma uşağlıq illərini PAJU'da keçirib. Səhnəyə ilk çıxışını müğənni Lee Seung-Hwan ilə birlikdə 2003-cü ildə "Flower" mahnısı ilə edir və əyləncə dünyasına ilk addımını atır. Daha sonra aktrisalıq və müğənnilik üzrə dərslər alır. İlk dəfə "Stairway To Heaven" serialında ən gənc aktrisa (Hang Jung-Suh) rolu ilə məşhur oldu. 2006 ilində isə aktyor Lee Wan ilə "Tree Of Heaven" serialında rol alıb.
Pak buzu
Pak buzu - Dəniz buzunun bir növüdür. Pak buzu Şimal Buzlu Okeanının mərkəzi hissəsində çoxillik buzun parçalanması və yenidən donub birləşməsi nəticəsində əmələ gələn, dreyf edən və qalınlığı 3–5 m olan buzdur.
Pak Çeyang
Roseanne Park (ing. Roseanne Park;11 fevral 1997, Oklend), Park Chaeyoung (kor. 박채영) və ya daha çox tanınan səhnə adı ilə Rose (kor. 로제) Yeni Zelandiyada doğulmuş müğənni və model. YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı "Blackpink" qız qrupunun əsas vokal və lider rəqqasəsidir. Roseanne Park 11 Fevral 1997-ci ildə Yeni Zelandiyanın Aukland şəhərində anadan olmuşdur. Valideynləri Koreyalı olan müğənninin özündən yaşca böyük bir bacısı var (Park Alisa). Rose 7 yaşı olanda ailəsi ilə Avstraliyanın Melburn şəhərinə köçdü. Rose əvvəlcə 2009-cu ildə Kev East İbtidai məktəbində oxudu, orta təhsili üçün Melburndakı Canterbury Qızlar Orta Kollecində oxudu.Uşaqlıqdan mahnı oxumağa başladı və gitara və fortepiano çalmağı öyrəndi və kilsə xorlarında çıxış etdi. 15 yaşında ikən, atasının tövsiyəsi ilə 2012-ci ildə Avstraliyada Sidney şəhərində keçirilən YG-nin seçmə mərhələsində iştirak etdi.
Pak Çhanyol
Park Chanyeol (27 noyabr 1992, Seul) — Cənubi Koreyalı müğənni, rapçi və artistdir. Cənubi Koreya-Çin oğlan qrubu EXO, alt qrubu EXO-SC və EXO-K'nın üzvüdür. Park Chanyeol 27 noyabr 1992-də Seul, Cənubi Koreyada anadan olub. Seuldakı Hyundai Məktəbinə gedib. MBC Nəşr Stansiyasında serverlik eləyən Park Yoora adında bir bacısı var. Ana və atasının Seuldə "Viva Polo" adında İtalyan restorantları var. Chanyeol 16 yaşında olanda bir serverlik qurumundan dərslər almağa başladı. Burada Block B qrubundan P.O. ilə yaxın dost oldu. Hal-hazırda qrup üzvləri Baekhyun və Suho ilə Kyung Hee Cyber Üniversitetində "Mədəniyyət və Sənət rəhbərliyi" bölümündə oxuyur.
Pak (ad)
Pak — ad. Pak Çhanyol — Cənubi Koreyalı müğənni, rapçi və artistdir. Pak He Cin — Cənubi Koreyalı aktyor. Pak Kın He — Koreya Respublikasının Prezidenti (2013–2017) Pak Sinhye — Cənubi Koreya'lı müğənni, model və aktrisa. Pak Ci Son — Cənubi Koreya keçmiş futbolçusu.
Əsli kəndi (Mərənd)
Əsli kəndi (fars. اصلي كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (17 ailə).
Əsli və Kərəm
Əsli və Kərəm — Azərbaycan məhəbbət dastanları arasında orijinallığı və qeyri-adi sonluğu ilə seçilən "Əsli və Kərəm" dastanı da əsasən məzmun və mahiyyət etibarilə yad təsirə məruz qalmış Azərbaycanın xalq ədəbiyyatı nümunələrimizdən sayıla bilər. Tədqiqatçıların rəyinə görə, "Əsli və Kərəm" dastanı əsasən XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlamışdır. "Əsli və Kərəm"in Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə orijinal variantları mövcuddur. H. Araslı, M. Təhmasib, X. Koroğlu, N. Boratav və başqa tədqiqatçılar dastanın Azərbaycanda yarandığını göstərmişlər. Anadolu türk alimlərindən M. F. Köprülü, V. M. Qocatürk, V. C. Aşkun, habelə, Azərbaycanda S. Mümtaz, M. H. Təhmasib və digərləri Kərəmi tarixi şəxsiyyət hesab etmişlər. Amma Kərəmin tarixi şəxsiyyət olmaması haqqında da fikirlər mövcuddur. Deyirlər, çox keçmiş zamanlarda bir xan olur, bir də vəziri. Bu vəzirin adı Qara keşiş imiş. Xanın Kərəm adlı oğlu, Qara keşişin də Əsli adında qızı varmış. Onlar böyüyüb bir-birlərini sevirlər.
Aktuar mənfəət və zərər
Möhsin Pak Ayin
Möhsün Pakayin (fars. محسن پاک‌آیین‎; 1954, İran) — İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən) Möhsün Pakayin 1954-cü ildə Fars əyalətində anadan olub. 1987-1991-ci illər ərzində parlament deputatı olub. Azərbaycana səfir təyin edilməmişdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub. 2012-ci ildən İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.
Pak Ci Son
Pak Ci Son (Hangul: 박지성; Hanja: 朴智星; Koreya tələffüzü: [pak̚.t͈ɕi.sʌŋ]; 25 fevral 1981[…], Seul) — hazırda Mançester Yunayted FK klubunun səfiri vəzifəsini icra edən Cənubi Koreya keçmiş futbolçusu. Goheung, Jeollanamdə anadan olan Park, beynəlxalq futboldan təqaüdə çıxana qədər Cənubi Koreya milli komandasının kapitanı oldu. O tarixdə ən müvəffəqiyyətli Asiya futbolçusu, karyerasında 19 kubok qazanan və UEFA Çempionlar Liqası kubokunu, ilk Asiya futbolçusunu UEFA Çempionlar Liqası finalında oynayan ilk Asiya futbolçusu və ilk Asiya futbolçusu FIFA Klub Dünya Kuboku qazandı. Park orta sahə boyunca hər yerdə oynaya bilər və onun müstəsna idman səviyyəsinə, intizamına, iş etikasına və kənardan top hərəkətinə görə qeyd olunur. Onun əlamətdar sədaqət səviyyəsi və sürətlə ona "Üç Ağciyər" Parkı ləqəbini qazandırdı. Park, doğma Cənubi Koreyada futbol karyerasına başlamış və Kyongo Purple Sanga ilə oynamaq üçün Yaponiyaya hərəkət etmədən əvvəl Myongji Universiteti komandasında oynamışdı. Parkın milli komanda müdiri Guus Hiddink PSV Eindhoven idarə etmək üçün Hollandiyaya köçürdükdən sonra Park bir il sonra Hollandiya tərəfinə keçdi. PSV, 2004–05 UEFA Çempionlar Liqasının yarı finala çıxmasından sonra, Parkın qabiliyyətləri Manchester United idarəçisi Sir Alex Ferguson tərəfindən tanındı və 2005-ci ilin iyul ayında 4 milyon TL əvəzi ilə Parkı imzaladı. Manchester Uniteddə, Park dörd dəfə Premyer Liqa qazandı və 2007–08 UEFA Çempionlar liqası və 2008 FIFA Klub Dünya Kuboku qazandı. O, keçən mövsüm "Mançester Yunayted" üçün oynadığı çıxış sayının azaldılmasından sonra 2012-ci ilin iyulunda "Queens Park Rangers" -ə keçdi.